Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin imzalanması regionda dayanıqlı bərqərar olması və sülhün qorunması baxımından mühüm tarixi hadisə olacaq, regiona daha çox sabitlik gətirəcək.
Bu sözləri Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Tbilisidə gürcü həmkarı İlya Darçiaşvili ilə görüşdən sonra mətbuata açıqlamasında söyləyib.
Erməni nazir deyib: “Əgər biz bir ay ərzində intensiv işləsək bu prosesi başa çatdıra və Azərbaycan ilə sülh sazişini imzalaya bilərik”.
Onun sözlərinə görə, Ermənistan Azərbaycan ilə nəqliyyat kommunikasiyalarının tam açılmasının maraqlıdır.
“Bu, təkcə Ermənistan üçün deyil, regionun digər ölkələri üçün də iqtisadi cəhətdən sərfəlidir”, – deyə Mirzoyan vurğulayıb.