
Prezident İlham Əliyev Aqil Abbasovun 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Aqil Məhəmməd oğlu Abbasov (Aqil Abbas) 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.