APPLE ŞİRKƏTİ SMART SAATLARIN TƏHLÜKƏSİZLİYİNƏ GÖRƏ MƏHKƏMƏYƏ VERİLİB

İstifadəçiyə xəsarət yetirə biləcək qüsurlu Apple Watch batareyasına görə Apple-a qarşı məhkəmə iddiası qaldırılıb.

İddiaçılar bildiriblər ki, Apple Watch Series 7 istisna olmaqla, Apple-ın bütün nəsil smart saatlarının batareyaları şişir, bu da ekranın zədələnməsinə və ya hətta istifadəçilərə xəsarətlə nəticələnir.

Qeyd olunur ki, Apple Watch-un sıradan çıxması düzgün istifadə edilməməsi ilə deyil, Apple-ın həlləri ilə bağlıdır. Şirkət bütün təhlükəsizlik tədbirlərinə riayət etməməkdə, həmçinin smart saatın içərisində kifayət qədər boş yer buraxmamaqda ittiham olunur.

Bu, batareyanın şişməsinə və Apple Watch ekranının öz yerindən çıxmasına və çatlamasına səbəb olur.

İddiaçılar Apple-dan təzminat və zərərin ödənilməsini, həmçinin Apple Watch qüsurunun ictimaiyyətə açıqlanmasını istəyirlər.