
“Sentyabrda Qarabağda Antiterror tədbirlərindən sonra evlərdə və obyektlərdə minalar və partlayıcı qurğular aşkarlanıb”.
Bunu jurnalistlərə açıqlamasında ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov bildirib.
O qeyd edib ki, hazırkı mərhələdə əsas iş ərazidə fəaliyyət göstərən dövlət qurumlarının təhlükəsizliyinin təmin edilməsidir.
