ANTİTERROR TƏDBİRLƏRİNDƏ ŞƏHİD OLMUŞ HƏRBİ QULLUQÇULARIN SİYAHISI

Müdafiə Nazirliyi sentyabrın 19-20-də keçirilmiş antiterror tədbirlərində şəhid olmuş hərbi qulluqçuların siyahısını açıqlayıb.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, siyahıda hərbi qulluqçuların fotoşəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat təqdim olunub.

“Allah bütün şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimizin ruhu qarşısında baş əyirik!”, – məlumatda qeyd edilib.