ANTALYADA TÜRKİYƏ VƏ ERMƏNİSTAN XİN RƏHBƏRLƏRİNİN GÖRÜŞÜ OLUB

Türkiyədə Antalya Diplomatiya Forumu çərçivəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ermənistanlı həmkarı Ararat Mirzoyan arasında keçirilən görüş sona çatıb.

Görüşdən sonra mətbuata açıqlama verən M.Çavuşoğlu görüşün çox məhsuldar və konstruktiv keçdiyini bildirib.

“Məmnunluqla bildirmək istəyirəm ki, biz Cənubi Qafqazda sülh və sabitlik üçün əlimizdən gələni edirik. Bu istiqamətdəki səylərimizə hər yerdən dəstək görürük. Xüsusilə, Türkiyə ilə Ermənistan arasında atılan addımlar və normallaşma prosesindən Azərbaycan da məmnundur. Ötən həftə Bakıda idim. Azərbaycan da bu prosesi dəstəkləyir. İstənilən halda regiondakı sabitlik və sülh hamımızın xeyrinədir. Bu istiqamətdə addımlar atmağa davam edəcəyik”, – deyə o bildirib.