
Ankara Türkiyə vətəndaşlarının Ukraynadan təxliyəsi ilə əlaqədar Rusiya tərəfinə təşəkkürünü bildirib.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşü zamanı deyib.
O bildirib ki, 15 mindən çox Türkiyə vətəndaşı Ukraynadan təxliyə olunub, daha 200 nəfər müxtəlif şəhərlərdə qalmaqdadır.
M.Çavuşoğlu Ukrayanda qan tökülməsini dayandırmağa çağırış edib.