ANAR MƏMMƏDOV DÖVLƏT NEFT ŞİRKƏTİNİN VİTSE-PREZİDENTİ TƏYİN EDİLİB – SƏRƏNCAM

Prezident İlham Əliyev A.F.Məmmədovun Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Anar Fərruh oğlu Məmmədov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti təyin edilib.