ANAMA: ÖTƏN HƏFTƏ 248 HEKTAR ƏRAZİ MİNA VƏ PARTLAMAMIŞ HƏRBİ SURSATDAN TƏMİZLƏNİB

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən minatəmizləmə əməliyyatları barədə həftəlik məlumatı açıqlayıb.

ANAMA-dan bildiriblər ki, mayın 8-dən 13-dək Tərtər, Ağdam, Xocavənd, Laçın, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 21 mina, tank əleyhinə 30 mina və 191 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Həftə ərzində 248 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.