ANAMA: ÖTƏN HƏFTƏ 1 365,3 HEKTAR ƏRAZİ MİNA VƏ PARTLAMAMIŞ HƏRBİ SURSATDAN TƏMİZLƏNİB

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən martın 3-dən 9-dək icra edilən minatəmizləmə əməliyyatlarına dair məlumatı açıqlayıb.

ANAMA-dan bildirilib ki, ötən həftə Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 90, tank əleyhinə 48 mina və 605 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Ötən həftə ərzində 1365,3 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.