ANAMA MİNA TƏHLÜKƏSİ İLƏ BAĞLI VƏTƏNDAŞLARA XƏBƏRDARLIQ EDİB

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) mina təhlükəsi ilə bağlı vətəndaşlara xəbərdarlıq edib.

Xəbərdarlıqda deyilir: “Minalar insanların gözlə aşkar edə bilməyəcəyi şəkildə basdırılır. Naməlum əşya gördükdə yaxınlaşmayın, toxunmayın və aidiyyəti qurumlara müraciət edin. Kəsə yollar, atılıb qalmış hərbi sursat, texnikalar təhlükə mənbəyidir. Partlayıcı qurğulara toxunmaq, zərbə yetirmək ölümcül fəsadlar yarada bilər. Zamanla partlayıcı qurğular daha həssas və təhlükəli hala gəlir. Minasız Qarabağa sağlam qayıdış üçün təhlükəsizlik qaydalarına riayət edək”.