ANAMA İŞĞALDAN AZAD OLUNMUŞ ƏRAZİLƏRDƏ İŞLƏMƏK İSTƏYƏNLƏR ÜÇÜN SƏNƏDLƏRİN QƏBULU ELAN EDİB

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad olunmuş ərazilərdə aşpaz, qabyuyan, gözətçi, fəhlə, xadimə, xidmətçi vəzifələrində işləmək istəyənlər üçün sənədlərin qəbulunu elan edib.

Bu barədə Agentlikdən məlumat verilib

        Vakant vəzifəAylıq vəzifə maaşı (manat)
 Aşpaz 499
 Qabyuyan 437
 Gözətçi 420
 Fəhlə 420
 Xadimə, xidmətçi 384

Yuxarıda göstərilən vəzifə maaşlarına qüvvədə olan qanunvericiliyə uyğun olaraq əmək şəraitinə görə əlavələr daxildir. Həmçinin, işçinin səmərəli fəaliyyətinə görə mükafatların verilməsi nəzərdə tutulub.

Maraqlananlar aşağıda göstərilən sənədləri career@anama.gov.az ünvanına göndərməlidir:

– müvafiq vəzifəyə sənədlərin təqdim olunmasına dair ərizə;

– şəxsiyyət vəsiqəsinin surəti;

– təhsilə dair sənədlərin surəti (attestat, diplom, sertifikat, arayış və s.);

– əmək kitabçasının surəti (olduğu halda).

Sənəd qəbulu cari ilin mayın 31-dək həyata keçiriləcək.

Seçim zamanı işğaldan azad olunmuş ərazilərdən məcburi köçkün olan şəxslərin namizədliyinə üstünlük veriləcək.