
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) Laçın, Qubadlı, Zəngilan, Xocavənd mobil bazalarında avtobus sürücüsü, elektrik-texniki təmir işləri üzrə mütəxəssis, aşpaz, xadimə, qaynaqçı, avtoelektrik, nəqliyyat təchizatı üzrə anbardar, avtoçilingər, vulkanizatorçu, habelə Şuşa və Xankəndi düşərgələrində nəqliyyat üzrə mütəxəssis, xidmətçi, qabyuyan, gözətçi, anbardar, sürücü işləmək istəyənlər üçün sənədlərin qəbulunu elan edib.
ANAMA-dan bildiriblər ki, namizədlərin müvafiq sahədə orta-ixtisas və ya peşə təhsili və bir ilə qədər iş stajı olmalıdır.
Maraqlananlar əlaqə telefonu göstərməklə aşağıdakı sənədləri career@anama.gov.az ünvanına göndərməlidir.
∙ müvafiq vəzifəyə sənədlərin təqdim olunmasına dair ərizə;
∙ şəxsiyyət vəsiqəsinin surəti;
∙ təhsilə dair sənədlərin surəti (attestat, diplom, sertifikat, arayış və s.);
∙ əmək kitabçasının surəti.
Sənədlər fevralın 29-dək qəbul ediləcək.
Seçim zamanı işğaldan azad olunmuş ərazilərdən olan məcburi köçkünlərin namizədliyinə üstünlük veriləcək.
Əlavə məlumat almaq üçün “805” nömrəli qaynar xəttə zəng etmək olar.