ANAMA İŞƏ QƏBUL ELAN EDİB

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) müvafiq sahədə ehtiyat siyahısının yaradılması məqsədi ilə dövlət orqanlarında nəqliyyatın və təsərrüfatın idarə edilməsi istiqamətləri, habelə hüquqşünaslıq ixtisası üzrə ali təhsilli, sahə üzrə 10 il, rəhbər vəzifədə 5 ildən çox iş stajı olan şəxslərin sənədlərinin qəbulunu elan edir.

ANAMA-nın mətbuat xidmətindən bildirilib ki, maraqlananlar əlaqə telefonunu qeyd etməklə şəxsiyyət vəsiqəsinin, təhsilə dair sənədlərin (attestat, diplom, sertifikat, arayış və s.), əmək kitabçasının surətini (olduğu halda) career@anama.gov.az ünvanına göndərməlidirlər.

Eyni zamanda, Agentlik müvafiq sahədə ehtiyat siyahısının yaradılması məqsədi ilə dövlət orqanlarında nəqliyyatın və təsərrüfatın idarə edilməsi istiqamətləri, habelə hüquqşünaslıq, iqtisadiyyat və maliyyə ixtisasları üzrə ali təhsilli, sahə üzrə 1 ildən artıq iş stajı olan şəxslərin sənədlərinin qəbulunu elan edir.

Maraqlananlar əlaqə telefonunu qeyd etməklə şəxsiyyət vəsiqəsinin, təhsilə dair sənədlərin (attestat, diplom, sertifikat, arayış və s.), əmək kitabçasının surətini (olduğu halda) career@anama.gov.az ünvanına göndərməlidirlər.

Sənəd qəbulları bu il iyulun 15-dək davam edəcək.