ANAMA AZAD EDİLMİŞ ƏRAZİLƏRDƏ ÖTƏN HƏFTƏ AŞKARLANAN MİNA VƏ HƏRBİ SURSAT BARƏDƏ MƏLUMATI AÇIQLAYIB

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən minatəmizləmə əməliyyatları barədə həftəlik məlumatı açıqlayıb.

ANAMA-dan bildiriblər ki, dekabrın 11-dən 17-dək Tərtər, Kəlbəcər, Ağdam, Laçın, Xocavənd, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 22, tank əleyhinə 17 mina və 234 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Həftə ərzində 326,6 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.