Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatlarına dair statistik məlumatı açıqlayıb.
ANAMA-dan bildirilib ki, yanvarın 3-dən 12-dək Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyadaəleyhinə 192, tankəleyhinə 55 mina və 567 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Bu müddətdə 1043.2 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.