ANADOLU AGENTLİYİ BELARUS PREZİDENTİNİN AZƏRBAYCANA SƏFƏRİNİ GENİŞ İŞIQLANDIRIB

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun aprelin 14-də Azərbaycan Respublikasına işgüzar səfəri Türkiyənin Anadolu agentliyi tərəfindən geniş işıqlandırılıb.
Agentliyin türk, rus və ingilis dillərində yaydığı məlumatlarda Azərbaycan Prezidenti İlham Əliyev və Belarus Prezidenti Aleksandr Lukaşenkonun mətbuata bəyanatları zamanı səsləndirdikləri fikirlər, dövlət başçılarının əməkdaşlıq üçün çağırışları, liderlərin ölkələr arasında qarşılıqlı münasibətlərə dair mövqeləri əksini tapıb.
Liderlərin çıxışlarından sitatlar gətirən agentlik Azərbaycan-Belarus münasibətlərinin əməkdaşlıq perspektivlərini yüksək dəyərləndirib. Diqqətə çatdırılıb ki, Belarus Respublikası Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbəni alqışlayır və işğaldan azad olunmuş ərazilərin bərpası prosesində iştirak edəcəyini açıq şəkildə nümayiş etdirib.