Yakutiya-İrkutsk reysini yerinə yetirən An-12 təyyarəsi radarların ekranlarından itib.
Bu barədə TASS agentliyi təcili xidmət orqanlarına istinadla məlumat yayıb. Yakutiya-İrkutsk reysi ilə uçan təyyarənin İrkutsk vilayəti üzərində radarlardan itdiyi bildirilir.
Məlumata görə, Belarusun “Qrodno” aviakompaniyasına məxsus An-12 təyyarəsi yükdaşıma reysi yerinə yetirirdi.
Fövqəladə Hallar Nazirliyindən bildiriblər ki, təyyarənin göyərtəsində səkkiz nəfər olub.