AMEA RƏYASƏT HEYƏTİNİN İCLASINDA MÜZAKİRƏ EDİLƏN MƏSƏLƏLƏR AÇIQLANIB

AMEA-nın Rəyasət Heyətinin bugünkü iclasında əsasən idarəetmənin yenidən qurulması, təkmilləşdirilməsi, ölkə reallığına uyğunlaşdırılması və dünya təcrübəsinə inteqrasiyası ilə bağlı müzakirə aparılıb.

Bunu AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.

O qeyd edib ki, bugünkü iclasda AMEA-da prezident seçkiləri ilə bağlı heç bir qərar qəbul edilməyib.

İ.Həbibbəyli vurğulayıb ki, AMEA insitutlarının böyük qismi Elm və Təhsil Nazirliyinin tərkibinə verildiyi üçün onların Rəyasət Heyətinin tərkibində fəaliyyət göstərməsinə ehtiyac qalmayıb.