AMEA-NIN VİTSE-PREZİDENTİ: ERMƏNİLƏR ƏRAZİLƏRİMİZDƏ BİOMÜXTƏLİFLİYƏ CİDDİ ZİYAN VURUB

30 illik işğal dövründə ərazilərimiz ermənilər tərəfindən ekoloji genosidə məruz qalıb və bu da biomüxtəlifliyə ciddi ziyan vurub.

Bunu AMEA-nın vitse-prezidenti İradə Hüseynova TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının bu gün Bakıda keçirilən iclasında deyib.

O qeyd edib ki, Azərbaycan həmin ərazilərdə biomüxtəlifliyin qorunması üçün ciddi tədbirlər həyata keçirir.

“Biomüxtəliflik Azərbaycan üçün aktual məsələlərdən biridir. Biomüxtəlifliyin qorunması daim dövlətin diqqət mərkəzindədir. Bu istiqamətdə Azərbaycanda çox mühüm qanunlar, qərarlar qəbul olunub”, – deyə o qeyd edib.