AMEA-NIN PREZİDENTİ SEÇİLMİŞ İSA HƏBİBBƏYLİNİN VƏZİFƏSİ TƏSDİQ EDİLİB – SƏRƏNCAM

Prezident İlham Əliyev İ.Ə.Həbibbəylinin Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsinə təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının ümumi yığıncağında Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti seçilmiş İsa Əkbər oğlu Həbibbəyli bu vəzifəyə təsdiq edilib.