AMEA BU İLDƏN İŞĞALDAN AZAD OLUNAN ƏRAZİLƏRDƏ TƏDQİQATLARA BAŞLAYIR

AMEA-nın Kimya Elmləri Bölməsi bu ildən işğaldan azad olunan ərazilərdə tədqiqat işlərinin icrasına başlayacaq.

Bunu AMEA-nın vitse-prezidenti, bölmənin Elmi şurasının sədri, akademik Dilqəm Tağıyev deyib.

Onun sözlərinə görə, “Azərbaycan Respublikasında işğaldan azad edilmiş ərazilərin 2021-2025-ci illər üzrə bərpası və dayanıqlı inkişafı Dövlət Proqramı”nın Tədbirlər Planı və AMEA Rəyasət Heyətinin 12 yanvar 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş AMEA-nın Tədbirlər Planına Kimya Elmləri Bölməsinin verdiyi təkliflər əsasında tədqiqatların icrasının 2022-ci ildən başlayaraq həyata keçirilməsi nəzərdə tutulur.

“Bitki boy stimullaşdırıcı maddələrin alınması və sınağı isə AMEA-nın akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda artıq aparılır”, – deyə o bildirib.