
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Səudiyyə Ərəbistanı Krallığına işgüzar səfər çərçivəsində İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Əl-Casir ilə görüşüb.
AMB-dən bildirilib ki, görüşdə İslam maliyyəsi və sukuk emissiyası sahəsində əməkdaşlığın genişləndirilməsi, həmçinin texniki yardımlar vasitəsilə bu istiqamətdə ölkədə potensialın artırılmasının təşviq olunması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.