
ABŞ-ın Alyaska ştatının sahillərində 5,4 bal gücündə zəlzələ baş verib.
Bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Məlumata əsasən, yeraltı təkanların episentri Ankor Point yaşayış məntəqəsindən 19 kilometr cənub-qərbdə, ocağı isə 65,4 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.