ALMATIDA GÜCLÜ ATIŞMA BAŞLAYIB

Qazaxıstanın Almatı şəhərində güclü atışma başlayıb.

Bu barədə TASS agentliyinin müxbiri bildirib. Daha sonra onunla əlaqə kəsilib.

Şahidlər şəhər ərazisində partlayış səslərinin gəldiyini də deyir.

Qeyd edək ki, bu gün Almatıda keçirilmiş əməliyyatlar zamanı 2 mindən çox şəxs saxlanılıb.