ALMANİYANIN “FRANKFURTER ALLGEMEİNE ZEİTUNG” QƏZETİ BRÜSSELDƏ KEÇİRİLMİŞ GÖRÜŞƏ DAİR MƏQALƏ DƏRC EDİB

Almaniyanın “Frankfurter Allgemeine Zeitung” qəzetində “Cənubi Qafqazda sülh danışıqları” başlığı ilə dərc olunmuş məqalədə bildirilir ki, Ermənistanla Azərbaycan arasında müharibədən təxminən il yarım sonra hər iki ölkə sülhə doğru yönəlib. Ermənistanın baş naziri Nikol Paşinyanın ofisindən bildiriblər ki, “Ermənistanın baş naziri və Azərbaycan Prezidenti ölkələrinin xarici işlər nazirlərinə sülh danışıqlarına hazırlığa başlamağı tapşırıblar”. Avropa İttifaqı tərəflər arasında vasitəçilik edir. Şuranın prezidenti Şarl Mişel tərəflər arasında əldə olunan razılığın “düzgün istiqamətdə atılan addım olduğunu” dilə gətirib.