ALMANİYADA VƏ BELÇİKADA MİNLƏRLƏ SAKİN EVLƏRİNİN DAMINA DIRMAŞARAQ XİLASEDİCİLƏRİ GÖZLƏYİR

Belçikanın fəlakət zonasında və AFR-in qərb əyalətlərində 15 minə yaxın xilasedici, hərbçi, polis və qəza-xilasetmə xidmətlərinin əməkdaşları çalışır. Almaniya və Belçika kəndlərinin çoxunu su basıb, yollara ağaclar yıxılıb, maşınlar yollarda üzür, küçələr gursulu çaylara çevrilib.

Bütün bu mənzərələr dünən başlanmış daşqının nəticəsidir. Meteoroloqların sözlərinə görə, bu, son onilliklərdə baş vermiş ən güclü daşqınlardan biridir.

Sakinlər öz evlərinin damlarına dırmaşıb xilasediciləri gözləyirlər. Bir neçə tibb müəssisəsinə 3500-ə yaxın insan yerləşdirilib. Yerli hakimiyyət orqanları bildirirlər ki, hazırda fəlakət rayonunda mobil rabitə işləmir, bu səbəbdən adamların çoxu ilə əlaqə saxlamaq mümkün deyil.