ALMANİYADA “LUFTHANSA”NIN YÜZLƏRLƏ REYSİ TƏXİRƏ SALINIB

Almaniyada “Lufthansa” aviaşirkətinin yüzlərlə reysi təxirə salınıb.

Buna pilotların birgünlük tətili səbəb olub.

Ümumilikdə Frankfurt və Münhen hava limanlarında 800-ə yaxın uçuş təxirə salınıb və ya ləğv edilib.

Tətilin gün ərzində 100 mindən çox sərnişinə təsir göstərəcəyi bildirilir.