ALMANİYADA DAŞQIN QURBANLARININ SAYI 100 NƏFƏRİ ÖTÜB

Almaniyanın qərbində baş verən daşqınlar nəticəsində həlak olanların sayı 100 nəfəri ötüb, daha 1,3 minə yaxın insan itkin düşüb.

N24 telekanalına istinadla xəbər veririk ki, Reynland-Pfalz federal torpağında daşqın qurbanlarının sayı 60 nəfərədək artıb. Şimali Reyn-Vestfaliya federal əyalətində isə təbii fəlakət azı 43 nəfərin ölümünə səbəb olub. Ölənlərin sayının artacağı istisna edilmir.

Leysan yağışları Reyn Ar və Mozel, həmçinin Zauer, Prüm, Nims, Kil və Erft çaylarını məcralarından çıxıb. Regionun 200 mindən çox sakini elektriksiz qalıb. Bir sıra yaşayış məntəqələrinin xarici aləmlə əlaqəsi kəsilib.