Almaniya kansleri Angela Merkel bu gün avropalı həmkarları ilə koronavirusun “Delta” ştammının yayılması səbəbindən Böyük Britaniya vətəndaşlarının Avropa İttifaqı ölkələrinə girişinə qadağa qoymaq ehtimalını müzakirə etmək niyyətindədir.
“The Times” qəzetinin verdiyi məlumata görə, A.Merkel Böyük Britaniyanın “narahatlıq” doğuran ölkə elan edilməsini və britaniyalıların Aİ ölkələrinə səfər etməsini qadağan etməyi təklif etmək istəyir.
Bildirilir ki, bu qadağa həm peyvənd olunmuş, həm də olunmamış Böyük Britaniya vətəndaşlarına şamil oluna bilər.
Qeyd edilir ki, Yunanıstan, İspaniya, Kipr, Malta və Portuqaliya da daxil olmaqla bir neçə ölkə bu təşəbbüsə qarşı çıxmaq niyyətindədir.