ALMANİYA AZƏRBAYCANLILARI ALYANSI “ARTSAXIN MƏDƏNİ İRSİ” KİTABININ TƏQDİMATINA ETİRAZ EDİB

Almaniyada fəaliyyət göstərən Almaniya Azərbaycanlıları Alyansı Alman Xarici Siyasət Cəmiyyəti və Konrad Adenauer Fondunun rəhbərliyinə müraciət ünvanlayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, müraciət yaxın günlərdə baş tutacaq “Artsaxın mədəni irsi” kitabının təqdimatı və müzakirəsinə etiraz məqsədi daşıyıb.

Müraciətdə beynəlxalq normalar çərçivəsində təşkil edilən tədbirlərdə həqiqiliyə, obyektivliyə və elmi dürüstlüyə böyük önəm verildiyi, lakin keçirilməsi planlaşdırılan kitab təqdimatında bu meyarların heç birinin nəzərə alınmadığı qeyd edilib. Bunun Alman Xarici Siyasət Cəmiyyəti və Konrad Adenauer Fondu tərəfindən atılmış yanlış addım olduğu, bu tədbirin Azərbaycan və Almaniya arasında münasibətlərin pozulmasına səbəb ola biləcəyi vurğulanıb.