ALMANİYA AZƏRBAYCANI COVID-19 İLƏ ƏLAQƏDAR YÜKSƏKRİSKLİ ÖLKƏLƏR SIRASINDAN ÇIXARIB

Almaniya Azərbaycanı COVID-19 pandemiyası ilə əlaqədar yüksəkriskli ölkələr sırasından çıxarıb.

Bu barədə məlumatı Almaniya Federal Səhiyyə Nazirliyinin Robert Kox İnstitutu yayıb.

Yenilənmiş siyahı iyunun 11-də dərc olunub. Təhlükəsiz ölkələr siyahısında Kanada, ABŞ, Xorvatiya, İsveçrə, Norveç kimi ölkələr yer alıb.

Qeyd edək ki, bu günədək Azərbaycanda 334 992 nəfər koronavirusa yoluxub. Onlardan 327 907 nəfəri sağlıb, 4 951 nəfəri vəfat edib.