ALLAHŞÜKÜR PAŞAZADƏ VATİKANDA ROMA PAPASI İLƏ GÖRÜŞÜB

Roma Papası I Fransisk Vatikanda Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxüsilam Hacı Allahşükür Paşazadənin rəhbərlik etdiyi dinlərarası nümayəndə heyətini qəbul edib.

Bunu Azərbaycanın Fransadakı və Vatikandakı səfiri Rəhman Mustafayev öz “Twitter” səhifəsində yazıb.

Onun sözlərnə görə, görüş zamanı Cənubi Qafqazda əməkdaşlıq, sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə verə biləcək addımlar müzakirə olunub.

Azərbaycanın tolerantlıq və dinlərarası dialoq üzrə siyasəti Vatikan tərəfindən yüksək qiymətləndirilib.