ALİMENT VƏ AİLƏNİN SAXLANILMASININ DİGƏR FORMALARI BARƏDƏ BEYNƏLXALQ KONVENSİYA TƏSDİQLƏNİB

Prezident İlham Əliyev “Uşaqlara görə alimentin tutulması və ailənin saxlanılmasının digər formalarının beynəlxalq qaydası haqqında” Konvensiyanın təsdiq edilməsi barədə
Qanunu imzalayıb.

Sənədə əsasən, “Uşaqlara görə alimentin tutulması və ailənin saxlanılmasının digər formalarının beynəlxalq qaydası haqqında” 2007-ci il noyabrın 23-də Haaqa şəhərində imzalanmış Konvensiya Azərbaycan Respublikasının müvafiq bəyanatları və qeyd-şərtləri ilə təsdiq edilir.