ALİ TƏHSİLİN BAKALAVRİAT SƏVİYYƏSİ ÜZRƏ İXTİSASLARIN TƏSNİFATINA ÜÇ İXTİSAS DAXİL EDİLİB

Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların Təsnifatına üç ixtisas daxil edilib.

Bu barədə Nazirlər Kabineti müvafiq qərar qəbul edib.

Qərara əsasən Azərbaycan Respublikası Nazilər Kabinetinin 2019-cu il 11 fevral tarixli 45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) Təsnifatı”na 050811 Ümumi fiziki hazırlıq, 050812 Kütləvi-sağlamlaşdırıcı idman, 050813 Adaptiv bədən tərbiyəsi ixtisasları daxil edilib.