“ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİNİN SƏRGİSİ”NİN AÇILIŞ MƏRASİMİ KEÇİRİLİR

Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə DİM-in elektron imtahanlar korpusunda “Ali təhsil müəssisələrinin sərgisi”nin açılış mərasiminə keçirilir.

Sərgi 3 gün davam edəcək.

Sərginin keçirilməsində əsas məqsəd ixtisas seçimindən öncə abituriyentləri ali təhsil müəssisələrinin imkanları ilə tanış etmək və onların ixtisas seçiminin müəyyən olunmasına dəstək göstərməkdir.

Sərgidə Dövlət İmtahan Mərkəzinin hazırladığı peşə seçimi ilə bağlı testlərin təqdimatı da nəzərdə tutulub.