ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİNİN QƏBUL PLANI 93.94 FAİZ DOLUB

Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsinin nəticələrinə əsasən 51941 nəfər (o cümlədən 6592 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 24594 (o cümlədən 1389 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 27347 (o cümlədən 5203 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, ali təhsil müəssisələrinin qəbul planı 93.94 faiz dolub. Sentyabrın 5-dən 14-dək boş qalan plan yerlərinə ixtisas seçimi aparılacaq və göstəricilər bir qədər də yüksələcək.