ALİ MƏHKƏMƏ PLENUMUNUN İCLASI KEÇİRİLİB

Dekabrın 20-də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.

Ali Məhkəmənin mətbuat xidmətindən verilən məlumata görə, iclasda “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun 2002-ci il 12 dekabr tarixli 3 nömrəli qərarına, habelə qanunvericilikdə edilmiş dəyişikliklərə uyğunlaşdırılması tələb olunan digər qərarlarına əlavə və dəyişikliklər edilməsi barədə məsələ müzakirəyə çıxarılıb və dəyişikliklər Plenum üzvləri tərəfindən təsdiq olunub.

Eyni zamanda, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi haqqında” qərar layihəsi müzakirə olunub və müvafiq qərar qəbul edilib.

2023-cü il və 2024-cü ilin birinci yarımilliyində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsində qanunvericiliyin tətbiqinin məhkəmə təcrübəsinə və ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətinə dair məlumatlar dinlənilib və geniş fikir mübadiləsi aparılıb.

Sonra Ali Məhkəmə yanında Elmi-məsləhət şurasının tərkibinə dəyişiklik edilməsi barədə layihə səsverməyə çıxarılaraq qəbul edilib.

İclasda, həmçinin konkret işlərə baxılıb.