Dağlıq Qarabağda münaqişənin səbəbi Ermənistanın Azərbaycan ərazilərini işğal etməsidir.
Bunu Albaniyanın sabiq prezidenti Sali Berişa deyib.
O, bu münaqişədə Azərbaycana dəstəyini ifadə edib:
“Artıq neçə gündür ki, Ermənistanla Azərbaycan arasında insan itkiləri ilə müşayiət olunan silahlı münaqişə davam edir. Azərbaycan beynəlxalq hüquqa uyğun olaraq öz ərazi bütövlüyünün və ölkənin illərlə Ermənistan tərəfindən işğal altında saxlanan əraziləri üzərində suverenliyinin təmin olunmasına çalışır”.
Sabiq prezident qeyd edib ki, Ermənistan Dağlıq Qarabağı və ətraf yeddi rayonu işğal edib:
“Mən beynəlxalq ictimaiyyəti bu münaqişənin həlli üçün tam ciddiyyətlə tədbirlər görməyə çağırıram. Beynəlxalq hüquq və qanunlara əsasən, Ermənistanın Azərbaycan ərazilərini işğalı dayandırılmalıdır”.