ALBANİYANIN BAŞ NAZİRİNİN AZƏRBAYCANA RƏSMİ SƏFƏRİ BAŞA ÇATIB

Albaniyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Albaniyanın Baş naziri Edi Ramanın Azərbaycana rəsmi səfəri aprelin 15-də başa çatıb.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Albaniyanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Albaniyanın Baş naziri Edi Ramanı Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər yola salıblar.