ALBAN-UDİ XRİSTİAN DİNİ İCMASININ ÜZVLƏRİ HADRUTA SƏFƏR EDİBLƏR

Xocavənd rayonunun Hadrut qəsəbəsində yerləşən qədim Alban məbədi növbəti dəfə Udilər tərəfindən ziyarət olunub.

Alban-Udi Xristian Dini İcmasının üzvləri Xocavəndin Çinarlı kəndində Ağxaç kilsəsində olublar. Uzun illərdən sonra X-XII əsrə aid olan kilsələr əsl sahibləri olan alban udiləri qarşılayır. Onlar burada dini ayin icra edərək, şamlar yandırıb, dualar oxuyublar.

Qeyd edək ki, Xocavənd rayonunun Hadrut qəsəbəsində​ yerləşən Alban kilsələri tarix-memarlıq abidəsi olaraq Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən ölkə əhəmiyyətli abidə kimi qeydiyyata alınıb.