Alban-Udi Xristian dini icması üzvlərinin erməni işğalından azad edilmiş Xocavənd rayonunun Tuğ kəndinə səfəri başlayıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səfər zamanı Tuğdakı qədim alban məbədi ziyarət olunacaq və Pasxa bayramı münasibətilə dini ayin icra ediləcək.
Xatırladaq ki, qədim Azərbaycan kəndi olan Tuğ dini-tarixi abidələrinin zənginliyi ilə seçilir. Bu baxımdan burada belə bir tədbirin keçirilməsi xüsusi əhəmiyyət kəsb edir.
Səfər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə həyata keçirilir.