AKTAUDA AZAL-IN TƏYYARƏSİNİN QƏZAYA UĞRAMASINI ARAŞDIRAN KOMİSSİYA İŞLƏYİR

Aktauda Qazaxıstan Nəqliyyat Nazirliyi tərəfindən yaradılmış komissiya təyyarə qəzası ilə əlaqədar araşdırma aparır.

Qazaxıstan Respublikası Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, müvafiq idarənin Nəqliyyatda Qəzaların və İnsidentlərin Araşdırılması Departamentinin əməkdaşları Aktau şəhərində baş vermiş hadisə yerindədirlər və hazırda burada araşdırmanın sahə mərhələsi keçirilir.

Bildirilir ki, Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Agentliyinin, eləcə də “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) nümayəndə heyəti Qazaxıstana səfərə gəlib.

Sahə işləri Azərbaycan tərəfi ilə sıx əməkdaşlıq şəraitində aparılır.

Təyyarə istehsalçısı “Embraer and CENIPA” (Təyyarə Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzi, Braziliya) şirkətlərinin nümayəndələri də Qazaxıstana uçublar.

Aktau şəhərində olan Baş nazirin müavini Kanat Bozumbayevin rəhbərlik etdiyi hökumət komissiyasına Qazaxıstan Respublikasının nəqliyyat naziri Marat Karabayev, nəqliyyat nazirinin müavini Talqat Lastaev, Nəqliyyatda Qəzaların və İnsidentlərin Araşdırılması Departamentinin direktoru Nurjan Malayev, Mülki Aviasiya Komitəsinin sədri Saltanat Tompiyeva, “Kazaeronaviqasiya” RDM-in baş direktoru Nurjan Axmetov daxildir.