AKTAU YAXINLIĞINDA BAŞ VERƏN TƏYYARƏ QƏZASINDA HƏLAK OLAN DAHA 10 NƏFƏRİN ŞƏXSİYYƏTİ MÜƏYYƏNLƏŞİB

Aktau yaxınlığında baş vermiş təyyarə qəzasında həlak olan 38 nəfərdən daha 10 nəfərin şəxsiyyəti müəyyən edilib: 4-ü Azərbaycan, 3-ü Qazaxıstan, 3-ü Rusiya vətəndaşıdır.

Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti xəbər verir ki, digərlərinin şəxsiyyətinin müəyyən edilməsi istiqamətində işlər davam etdirilir. 20 zərərçəkən tibb müəssisələrində qalır. Xəstəxanaya yerləşdirilən 29 nəfərin hamısının şəxsiyyəti müəyyən edilib.

Hadisə yerində 235 şəxsi heyət əməkdaşı çalışır, 98 vahid texnika cəlb olunub.