AKİRA AMARİ “DOSTLUQ” ORDENİ İLƏ TƏLTİF EDİLİB

Prezident İlham Əliyev Akira Amarinin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“Azərbaycan Respublikası ilə Yaponiya arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə Akira Amari “Dostluq” ordeni ilə təltif edilsin”.