Qazaxıstanın “Air Astana” aviaşirkəti Almatı-Bakı-Almatı marşrutu ilə yanvarın 6-a planlaşdırılmış reysi təxirə salıb.
Bu barədə Heydər Əliyyev Beynəlxalq Hava Limanından bildiriblər.
“Bugünədək avaişirkət hələlik bir reys təxirə salıb. Digər tarixlərdə reyslərin ləğvi ilə bağlı məlumatlar dəqiqləşdirilir”, – deyə hava limanından bildiriblər.
Qeyd edək ki, Almatı-Bakı reysi saat 13:05-də eniş etməli, 14:05-də əks istiqamətdə uçuş həyata keçirməli idi.
Xatırladaq ki, Qazaxıstanda baş vermiş hadisələrlə əlaqədar Almatı, Aktau və Aktobe hava limanları bağlanıb.