AİLƏ BAŞÇISINI İTİRMƏYƏ GÖRƏ SOSİAL MÜAVİNƏTİN MƏBLƏĞİ 120 MANAT OLUB

Prezident İlham Əliyev Sosial müavinətlərin məbləğinin artırılması və “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmana əsasən, ailə başçısını itirməyə görə sosial müavinətin məbləği 120 (yüz iyirmi) manat müəyyən olunub.

Dəyişiklik 2023-cü il yanvarın 1-dən qüvvəyə minir.