Aİ XÜSUSİ NÜMAYƏNDƏSİ: AZƏRBAYCANLA ERMƏNİSTAN ARASINDA SÜLHÜN ƏLDƏ OLUNMASI ÜÇÜN GÜCLÜ SİYASİ İRADƏ LAZIMDIR

Gərginliyin azaldılması və Azərbaycanla Ermənistan arasında hərtərəfli tənzimlənmənin əldə olunması üçün təmkinlilik və güclü siyasi iradə lazımdır.

Bu barədə Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar bu gün “Twitter səhifəsində yazıb.

O, həmçinin Prezident İlham Əliyevin Avropa İttifaqı tərəfindən dəstəklənən formata sadiqliyini vurğulayıb.