Aİ XİN RƏHBƏRLƏRİ AZƏRBAYCAN VƏ ERMƏNİSTANLA BAĞLI MƏSƏLƏLƏRİ MÜZAKİRƏ EDƏCƏK

Avropa İttifaqının (Aİ) Xarici İşlər Şurasının iclasında Azərbaycan və Ermənistanla bağlı məsələlər müzakirə olunacaq.

Bu barədə Aİ Şurasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, oktyabrın 23-də Lüksemburqda keçiriləcək Xarici İşlər Şurasının iclasına Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi sədrlik edəcək.

“Şura Rusiya-İkrayna müharibəsini müzakirə edəcək, Ermənistan və Azərbaycanla bağlı hadisələr ətrafında fikir mübadiləsi aparacaq.

Nazirlər həmçinin, HƏMAS-ın İsraildə törətdiyi qəddar və ayrı-seçkiliksiz terror hücumları və Qəzzada baş verən hadisələrdən sonra İsraildə və regiondakı vəziyyətlə bağlı müzakirələr aparacaqlar”, – qeyd olunub.