Aİ VLADİMİR PUTİN, DMİTRİ MEDVEDYEV, MİXAİL MİŞUSTİN VƏ SERGEY LAVROVA QARŞI SANKSİYALAR TƏTBİQ EDİB

Avropa İttifaqı (Aİ) Ukraynadakı hərbi əməliyyatlara görə Rusiyanın prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrova qarşı sanksiyalar tətbiq edib.

Bu barədə Aİ-nin rəsmi jurnalında qeyd olunub.

Məhdudiyyətlər, həmçinin Rusiyanın Baş naziri Mixail Mişustin, Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev, Rusiya prezidentinin ətraf mühitin mühafizəsi, ekologiya və nəqliyyat üzrə xüsusi nümayəndəsi Sergey İvanov, daxili işlər naziri Vladimir Kolokoltsev, həmçinin Dövlət Dumasının deputatları və bəzi Belarus rəsmiləri də daxildir.